Aser Cargo Express necə işləyir?

Work

Qeydiyyatdan keçin

Aser-də qeydiyyatdan keçin və ABŞ, Almaniya, İngiltərə və Türkiyədə şəxsi ünvan əldə edin.

Work

Xaricdən sifariş edin

İstənilən onlayn mağazadan sifariş verin və xaricdəki ünvanınızı şəxsi kabinetinizdə izləyin.

Work

Xarici anbara çatdırılma

Sifarişiniz xaricdəki anbarımıza çatdırıldıqdan sonra sistemdə qeyd olunur.

Work

Təhvil al

Bağlamanız qısa müddətdə Azərbaycana çatdırılır və filialdan təhvil ala bilərsiniz.

Aser Cargo Express – peşəkar karqo xidməti

Peşəkar karqo xidməti ilə bağlamalarınız və yükləriniz sürətli və etibarlı şəkildə ünvanınıza çatdırılır. Dünyanın istənilən nöqtəsindən hava, dəniz, avtomobil və dəmir yolu ilə daşımalar təklif edirik.

Sürətli və Sərfəli Karqo Xidməti

Aser Cargo Express Türkiyə, ABŞ, Almaniya, İngiltərə və İspaniyadan bağlamalarınızın sürətli çatdırılmasını təmin edir. Eyni zamanda, dünyanın istənilən nöqtəsindən hava, dəniz, avtomobil və dəmir yolu ilə iri həcmli yüklərin daşınmasını həyata keçiririk. Beynəlxalq daşımalar üçün etibarlı və peşəkar həllər – Aser Cargo Express ilə rahatlıqla çatdırın!

Əməkdaşlarımız

Kalkulyator

Ölkə, çəki məlumatlarını daxil edin və HESABLA düyməsini sıxın.

00.0

Kalkulyator

Ölkə, çəki məlumatlarını daxil edin və HESABLA düyməsini sıxın.

Suallar və cavablar

  1. asercargo.az saytında qeydiyyatdan keçin; !
  2. asercargo.az şəxsi hesabınızda şirkətimizin ABŞ, Türkiyə, Almaniya və İngiltərədə  yerləşən anbar ünvanları təqdim olunacaq;
  3. Sifariş zamanı, məhsulu almaq istədiyiniz saytda, şirkətimizin Sizə təqdim etdiyi 4 anbar ünvanından birini çatdırılma ünvanı kimi daxil edin;
  4. Bağlama şirkətimizin ABŞ, Türkiyə, Almaniya və ya İngiltərədə yerləşən anbarlarından birinə daxil olduqdan sonra Sizə bu haqda elektron poçt vasitəsi ilə bildiriş göndəriləcəkdir. Bundan əlavə bağlamanızın mövcud statusunu "AserCargo" şəxsi hesabınızdan da izləyə bilərsiniz;
  5. Bağlama AserCargo-nun Bakı ofisinə çatdırıldıqdan sonra Sizə SMS və elektron poçt vasitəsilə bildiriş göndəriləcəkdir.

Nəzərinizə çatdırırıq ki, mağazalar və xarici poçt xidmətləri adətən bağlamanın təqribi çəkisini qeyd edir.
Bağlama AserCargo-nun xaricdə yerləşən anbarlarına daxil olduqda isə çəkisi elektron tərəzidə yoxlanılır və beləliklə dəqiq çəki qeyd edilir.

Fiziki şəxslər tərəfindən gömrük ərazisinə gətirilən istehsal və kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük dəyəri (Nazirlər Kabinetinin qəbul etdiyi 305 №-li qərarın 2.1.4-cü  bəndini rəhbər tutaraq) BİR TƏQVİM AYI müddətində 300 ABŞ dolları ekvivalentindən artıq olmayan məbləğdə yükün ölkəyə idxal edilməsi sadələşdirilmiş qaydada həyata keçirilir.

Fiziki dəyər 300 ABŞ dollarından çox olduqda, qanunvericiliyə uyğun olaraq 36%-dək gömrük rüsumu ödənilir.
300 ABŞ dolları limitinə əşyanın öz dəyəri və saxlanılan bağlamanın daşınma haqqı daxildir.

 Limiti keçdikdə, qeyd olunan vergi ödənişini  onlayn olaraq həyata keçirdikdə, bağlama gömrükdə saxlanılmadan Bakı Ofisinə göndərilir.

 

Bağlama satıcı-mağaza tərəfindən alıcının qeyd etdiyi ünvana çatdırılması üçün ölkə daxili kuryerlərə verilir. Kuryer xidməti öz növbəsində bağlamaya izləmə nömrəsi(tracking number) təyin edir.

Trek nömrə bağlamanın kuryerin anbarından təyinat məntəqəsinə çatdırılanadək mövqeyini izləməyə imkan yaradır.

Treking nömrə hər bağlama üçün ayrı-ayrılıqda verilir, fərqli olur və təkrarlanmır.

Bağlama AserCargo-nun anbarına çatdırılanadək yükün mövqeyini daxili kuryer xidmətinin səhifəsində izləmək mümkündür.

Bəyannamə xarici anbara sifarişçi adına gələcək bağlama ilə bağlı məlumatlandırma üçün və Gömrük Komitəsinə vətəndaş adına gələcək poçt yükünə dair təqdim olunan sadələşdirilmiş bəyan formasıdır.

* Bağlama artıq xarici anbara çatdıqdan sonra AserCargo.az saytında bəyannaməni bağlama "Xarici anbardadır" bölməsində  "invoys yoxdur" statusunda olan zaman bəyan edilir.

 

Diqqət!

Bir bağlama üçün  pdf, png, jpg və ya jpeg formatda yalnız BİR fayl əlavə etmək mümkündür.

Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) qaydalarına əsasən Hava Nəqliyyatı ilə daşınılan yüklərin

həm həcm həmdə fiziki çəkisi hesablanmalıdır və alınan göstəricilərdən böyük olanı daşınma haqqının hesablanması üçün əsas çəki kimi qəbul edilməlidir.

Fiziki çəki – Bağlamanın qablaşdırılmış vəziyyətdə tərəzidə görünən çəkisidir;

Həcm çəkisi – Bağlamanın ölçüləri əsasında hesablanan çəkidir.

Həcm çəkisinin Beynəlxalq Hesablama Qaydalarına uyğun olaraq hesablanma formulu aşağıdakı kimidir:

(En x Uzunluq x Hündürlük)/6000 = Həcm çəkisi (kg)

 

Diqqət!

* ABŞ, TÜRKİYƏ, ALMANİYA VƏ İNGİLTƏRƏdən ölçüsü 100sm-dən böyük olan bağlamaların daşınma haqqı həm həcm həmdə fiziki çəki əsasında hesablanır və alınan göstəricilərdən böyük olanı daşınma haqqının hesablanması üçün əsas çəki kimi qəbul edilir.

Həcmindən asılı olmayaraq, salafan torbalarda çatdırılan bağlamaların daşınma haqqı yalnız FİZİKİ ÇƏKİ əsasında hesablanır.

  USA GERMANY TURKEY   ENGLAND  
Monday 09:00-18:00 09:00-18:00 09:00-18:00   09:00-17:00  
Tuesday 09:00-18:00 09:00-18:00 09:00-18:00   09:00-17:00  
Wednesday 09:00-18:00 09:00-18:00 09:00-18:00   09:00-17:00  
Thursday 09:00-18:00 09:00-18:00 09:00-18:00   09:00-17:00  
Friday 09:00-18:00 09:00-18:00 09:00-18:00   09:00-17:00  
Saturday Non-working day Non-working day Non-working day   Non-working day  
Sunday Non-working day Non-working day Non-working day   Non-working day  

Bildiyiniz kimi, Türkiyədə bəzi onlayn mağazalar yalnız Türkiyənin banklarına məxsus olan bank kartlarından ödəniş qəbul edirlər.

Əgər Sizin kartınız alış-veriş etmək istədiyiniz sayt tərəfindən qəbul olunmursa, o zaman AserCargo-nun "Sifariş et" xidmətindən istifadə edə bilərsiniz.

Sifariş etmək üçün:

? “Hesabım” bölməsində “Sifariş et” düyməsinə klikləyin;

? Sifariş edəcəyiniz məhsulun “link”-ni əlavə edin və məhsul haqda məlumatları daxil edin;

? “Ödəniş et” düyməsinə klikləyərək sifarişinizi tamamlayın;

? Sifarişiniz tərəfimizdən ən qısa zamanda tamamlanaraq Sizə bu haqda e-mail vasitəsi ilə təsdiq məktubu göndəriləcəkdir. 

AMERİKA
Reysin bağlanma saatı: Yerli saat ilə 13:00-da
Reysin bağlanma və göndəriş günləri: Cümə
Təhvil verilmə vaxtı: Çərşənbə-Cümə axşamı
Bağlamanın son bəyanetmə tarixi: Cümə 18:00 (Bakı vaxt ilə)
TÜRKİYƏ
1 reys
Reysin bağlanma günü və saatı: Çərşənbə, yerli saat ilə 13:00-da
Reysin göndəriş günü: Çərşənbə
Təhvil verilmə vaxtı: Cümə axşamı-Cümə
Bağlamanın son bəyanetmə tarixi: Çərşənbə, 10:00 (Bakı vaxtı ilə)
2 reys
Reysin bağlanma günü və saatı: Şənbə, yerli saat ilə 11:00-da
Reysin göndəriş günü: Şənbə
Təhvil verilmə vaxtı: Bazar ertəsi-Çərşənbə axşamı
Bağlamanın son bəyanetmə tarixi: Şənbə 10:00 (Bakı vaxtı ilə)
ALMANİYA
1 reys
Reysin bağlanma saatı: Yerli saat ilə 12:00-da
Reysin bağlanma və göndəriş günləri: Cümə
Təhvil verilmə vaxtı: Çərşənbə axşamı-Çərşənbə
Bağlamanın son bəyanetmə tarixi: Cümə 12:00 (Bakı vaxtı ilə)
 
   
   
   
   
İNGİLTƏRƏ
Reysin bağlanma saatı: Yerli saat ilə 12:00-da
Reysin bağlanma və göndəriş günləri: Cümə 
Təhvil verilmə vaxtı: Çərşənbə axşamı-Çərşənbə
Bağlamanın son bəyanetmə tarixi: Cümə  12:00 (Bakı vaxtı ilə)
BƏƏ
   
   
   
 
   
   
   


 

 

1. Kommersiya məqsədləri üçün şəxsi istifadə limitindən(300$) sui-istifadə etdikdə;

2. Kommersiya məqsədləri uçun nəzərdə tutulduqda;

3. Məhsulun dəyərinin "invoice"-də azaldılma şübhəsi yarandıqda;

4. Məhsulun idaxlı üçün lisenziya və ya sertifikat tələb olunduqda;

5. Ölkəyə idaxl edilməsi qadağan edilmiş məhsullar olduğunda;

6. Qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda.

AserCargo Express ilə: 

 

 ABŞ, Almaniya və Türkiyə-dən  tərkibində tezalışan və partlayıcı maddələrin olmadığı maye məhsullarının daşınılmasını mümkündür.

Ofisimizdən bağlamaları təhvil aldığınız zaman:
?Öz bağlamanızı təhvil aldıqda, öz şəxsiyyət vəsiqənizin əslini;
?Digər şəxsin bağlamasını təhvil aldıqda öz şəxsiyyət vəsiqənizin əslini və bağlama sahibinin vəsiqəsinin surət və ya əslini təqdim etməyiniz mütləqdir.

⚠️Diqqət! İlk xəbərdarlıqdan sonra, qeyd olunan şərtlər ödənmədiyi təqdirdə bağlamaların təhvil verilməsi mümkün olmayacaqdır.