E-ticarət xidməti / Fullfilment Service
Aser Cargo Express e-ticarət və fulfillment xidmətləri ilə bizneslərə anbar, qablaşdırma və çatdırılma proseslərini avtomatlaşdırmağa və optimallaşdırmağa kömək edir. Biz sifarişlərin sürətli və dəqiq yerinə yetirilməsini təmin edərək biznesinizin effektivliyini artırırıq.
Bizim ABŞ, Almaniya, İngiltərə, İspaniya və Türkiyədəki anbarlarımız məhsullarınızın təhlükəsiz saxlanmasını, operativ komplektləşdirilməsini və etibarlı çatdırılmasını təmin edir. Satışlarınıza fokuslanın, biz isə bütün logistika proseslərini idarə edək!
Fulfillment xidməti nələri əhatə edir?
✅ Məhsulların qəbul edilməsi və saxlanması
✅ Sifarişlərin yığılması və qablaşdırılması
✅ İadələrin işlənməsi və keyfiyyətə nəzarət
✅ Beynəlxalq çatdırılma və sürətli logistika həlləri
✅ E-ticarət platformaları ilə inteqrasiya
Aser Cargo Express ilə fulfillment xidmətlərindən yararlanın və biznesinizi böyüdün!
