Şərtlər və qaydalar
MALLARIN DAŞINMASI XİDMƏTİNƏ DAİR ŞƏRTLƏR TOPLUSU:
- ASER şəxsi istifadə və kuryer yüklərinin Azərbaycana daşınmasını həyata keçirir.
Hazırda şəxsi istifadə limiti Azərbaycanda bir təqvim ayı ərzində 300 (USD) (çatdırılma haqqı
daxil olmaqla) ABŞ dolları təşkil edir. Daşıyıcı bütün sifarişlərin daşımasını həyata keçirərkən
yalnız 300 ABŞ dollarınadək sifariş olduqda gömrük sənədləşmələrini öz üzərinə götürür. Dəyəri
daha yüksək məbləğdə sifarişlərin gömrük rüsumu Smart Customs mobil tətbiqində ödənildikdən
sonra yola çıxacaqdır. Əgər sifarişçinin malı Smart Customsda gömrük bəyannamənisini yanlış
yazdığı üçün və ya kommersiya məqsədli olduğu üçün saxlanırlarsa, bütün məsuliyyəti müştəri
daşıyaraq gömrük sənədləşməsi sifarişçinin özü tərəfindən olunur.
- Şəxsi istifadə limitinə daxil olan məhsulların kommersiya
məqsədli olmadığı və məhz şəxsi istifadə üçün olduğu əsaslandırıla bilməlidir.
Fiziki şəxs şəxsi istifadə limitini keçdikdə və ya yükünün kommersiya məqsədli olduğu
qənəati yarandıqda həmin yük gömrük orqanı tərəfindən gömrük rüsumuna və əlavə dəyər
vergisinə tabe edilir. Ətraflı məlumat üçün aşağıdakı linkə daxil ola bilərsiniz:
https://c2b.customs.gov.az/Tnved_public.aspx
- Sifarişçinin yükü gömrük orqanı tərəfindən saxlandıqda “Daşıyıcı”
bu barədə sifarişçiyə məlumat verir. Sifarişçi gömrükdə saxlanmış bağlamasını özü götürmək
istədikdə, “Daşıyıcı”ya bağlamanın daşınma haqqını ödəyir. “Daşıyıcı” isə öz növbəsində
sifarişçiyə bağlamanı təhvil alması üçün aviaqaimə təqdim edir. Sifarişçi bu qaimə əsasında
bağlamasını Hava Nəqliyyatında Baş Gömrük İdarəsində rəsmiləşdirir və Bakı Karqo Terminalında
saxlama xərclərini ödəyərək yükünü təhvil alır.
- Sifariş edilən malların sığortalanması “Daşıyıcı” tərəfindən həyata
keçirilmir və buna görə şirkət heç bir məsuliyyət daşımır. Bağlama "Daşıyıcı"nın xarici
anbarında təhvil alınana qədər olan bütün müraciətlər yalnız satıcı mağazaya ünvanlanmalıdır.
- “Sifarişçi” xarici anbara məhsul sifariş edərkən ünvanı ASER saytında
olduğu kimi yazmalıdır, ünvan sonunda olan ID kod və qeydiyyatdan keçmiş şəxsin ad və soyadı
düzgün olmadıqda bağlama naməlumlara düşə bilər, yanlış ünvan yazılmış bağlamalara görə
“Daşıyıcı” heç bir məsuliyyət daşımır.
-
Sifariş əsasında daşınan bağlamadakı əşyanın qüsurlu olmasına, məhsulun ölçüsünün, rənginin,
çeşidinin və s. səhv gəlməsinə görə “Daşıyıcı” heç bir məsuliyyət daşımır. Bu kimi hallarda
sifarişçi problemin aradan qaldırması üçün iradını ancaq satıcı mağazaya bildirə bilər.