Suallar və cavablar
- asercargo.az saytında qeydiyyatdan keçin; !
- asercargo.az şəxsi hesabınızda şirkətimizin ABŞ, Türkiyə, Almaniya və İngiltərədə yerləşən anbar ünvanları təqdim olunacaq;
- Sifariş zamanı, məhsulu almaq istədiyiniz saytda, şirkətimizin Sizə təqdim etdiyi 4 anbar ünvanından birini çatdırılma ünvanı kimi daxil edin;
- Bağlama şirkətimizin ABŞ, Türkiyə, Almaniya və ya İngiltərədə yerləşən anbarlarından birinə daxil olduqdan sonra Sizə bu haqda elektron poçt vasitəsi ilə bildiriş göndəriləcəkdir. Bundan əlavə bağlamanızın mövcud statusunu "AserCargo" şəxsi hesabınızdan da izləyə bilərsiniz;
- Bağlama AserCargo-nun Bakı ofisinə çatdırıldıqdan sonra Sizə SMS və elektron poçt vasitəsilə bildiriş göndəriləcəkdir.
Nəzərinizə çatdırırıq ki, mağazalar və xarici poçt xidmətləri adətən bağlamanın təqribi çəkisini qeyd edir.
Bağlama AserCargo-nun xaricdə yerləşən anbarlarına daxil olduqda isə çəkisi elektron tərəzidə yoxlanılır və beləliklə dəqiq çəki qeyd edilir.
Fiziki şəxslər tərəfindən gömrük ərazisinə gətirilən istehsal və kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük dəyəri (Nazirlər Kabinetinin qəbul etdiyi 305 №-li qərarın 2.1.4-cü bəndini rəhbər tutaraq) BİR TƏQVİM AYI müddətində 300 ABŞ dolları ekvivalentindən artıq olmayan məbləğdə yükün ölkəyə idxal edilməsi sadələşdirilmiş qaydada həyata keçirilir.
Fiziki dəyər 300 ABŞ dollarından çox olduqda, qanunvericiliyə uyğun olaraq 36%-dək gömrük rüsumu ödənilir.
300 ABŞ dolları limitinə əşyanın öz dəyəri və saxlanılan bağlamanın daşınma haqqı daxildir.
Limiti keçdikdə, qeyd olunan vergi ödənişini onlayn olaraq həyata keçirdikdə, bağlama gömrükdə saxlanılmadan Bakı Ofisinə göndərilir.
Bağlama satıcı-mağaza tərəfindən alıcının qeyd etdiyi ünvana çatdırılması üçün ölkə daxili kuryerlərə verilir. Kuryer xidməti öz növbəsində bağlamaya izləmə nömrəsi(tracking number) təyin edir.
Trek nömrə bağlamanın kuryerin anbarından təyinat məntəqəsinə çatdırılanadək mövqeyini izləməyə imkan yaradır.
Treking nömrə hər bağlama üçün ayrı-ayrılıqda verilir, fərqli olur və təkrarlanmır.
Bağlama AserCargo-nun anbarına çatdırılanadək yükün mövqeyini daxili kuryer xidmətinin səhifəsində izləmək mümkündür.
Bəyannamə xarici anbara sifarişçi adına gələcək bağlama ilə bağlı məlumatlandırma üçün və Gömrük Komitəsinə vətəndaş adına gələcək poçt yükünə dair təqdim olunan sadələşdirilmiş bəyan formasıdır.
* Bağlama artıq xarici anbara çatdıqdan sonra AserCargo.az saytında bəyannaməni bağlama "Xarici anbardadır" bölməsində "invoys yoxdur" statusunda olan zaman bəyan edilir.
Diqqət!
Bir bağlama üçün pdf, png, jpg və ya jpeg formatda yalnız BİR fayl əlavə etmək mümkündür.
Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) qaydalarına əsasən Hava Nəqliyyatı ilə daşınılan yüklərin
həm həcm həmdə fiziki çəkisi hesablanmalıdır və alınan göstəricilərdən böyük olanı daşınma haqqının hesablanması üçün əsas çəki kimi qəbul edilməlidir.
Fiziki çəki – Bağlamanın qablaşdırılmış vəziyyətdə tərəzidə görünən çəkisidir;
Həcm çəkisi – Bağlamanın ölçüləri əsasında hesablanan çəkidir.
Həcm çəkisinin Beynəlxalq Hesablama Qaydalarına uyğun olaraq hesablanma formulu aşağıdakı kimidir:
(En x Uzunluq x Hündürlük)/6000 = Həcm çəkisi (kg)
Diqqət!
* ABŞ, TÜRKİYƏ, ALMANİYA VƏ İNGİLTƏRƏdən ölçüsü 100sm-dən böyük olan bağlamaların daşınma haqqı həm həcm həmdə fiziki çəki əsasında hesablanır və alınan göstəricilərdən böyük olanı daşınma haqqının hesablanması üçün əsas çəki kimi qəbul edilir.
Həcmindən asılı olmayaraq, salafan torbalarda çatdırılan bağlamaların daşınma haqqı yalnız FİZİKİ ÇƏKİ əsasında hesablanır.
USA | GERMANY | TURKEY | ENGLAND | |||
Monday | 09:00-18:00 | 09:00-18:00 | 09:00-18:00 | 09:00-17:00 | ||
Tuesday | 09:00-18:00 | 09:00-18:00 | 09:00-18:00 | 09:00-17:00 | ||
Wednesday | 09:00-18:00 | 09:00-18:00 | 09:00-18:00 | 09:00-17:00 | ||
Thursday | 09:00-18:00 | 09:00-18:00 | 09:00-18:00 | 09:00-17:00 | ||
Friday | 09:00-18:00 | 09:00-18:00 | 09:00-18:00 | 09:00-17:00 | ||
Saturday | Non-working day | Non-working day | Non-working day | Non-working day | ||
Sunday | Non-working day | Non-working day | Non-working day | Non-working day |
Bildiyiniz kimi, Türkiyədə bəzi onlayn mağazalar yalnız Türkiyənin banklarına məxsus olan bank kartlarından ödəniş qəbul edirlər.
Əgər Sizin kartınız alış-veriş etmək istədiyiniz sayt tərəfindən qəbul olunmursa, o zaman AserCargo-nun "Sifariş et" xidmətindən istifadə edə bilərsiniz.
Sifariş etmək üçün:
? “Hesabım” bölməsində “Sifariş et” düyməsinə klikləyin;
? Sifariş edəcəyiniz məhsulun “link”-ni əlavə edin və məhsul haqda məlumatları daxil edin;
? “Ödəniş et” düyməsinə klikləyərək sifarişinizi tamamlayın;
? Sifarişiniz tərəfimizdən ən qısa zamanda tamamlanaraq Sizə bu haqda e-mail vasitəsi ilə təsdiq məktubu göndəriləcəkdir.
AMERİKA | |
Reysin bağlanma saatı: | Yerli saat ilə 13:00-da |
Reysin bağlanma və göndəriş günləri: | Cümə |
Təhvil verilmə vaxtı: | Çərşənbə-Cümə axşamı |
Bağlamanın son bəyanetmə tarixi: | Cümə 18:00 (Bakı vaxt ilə) |
TÜRKİYƏ | |
1 reys | |
Reysin bağlanma günü və saatı: | Çərşənbə, yerli saat ilə 13:00-da |
Reysin göndəriş günü: | Çərşənbə |
Təhvil verilmə vaxtı: | Cümə axşamı-Cümə |
Bağlamanın son bəyanetmə tarixi: | Çərşənbə, 10:00 (Bakı vaxtı ilə) |
2 reys | |
Reysin bağlanma günü və saatı: | Şənbə, yerli saat ilə 11:00-da |
Reysin göndəriş günü: | Şənbə |
Təhvil verilmə vaxtı: | Bazar ertəsi-Çərşənbə axşamı |
Bağlamanın son bəyanetmə tarixi: | Şənbə 10:00 (Bakı vaxtı ilə) |
ALMANİYA | |
1 reys | |
Reysin bağlanma saatı: | Yerli saat ilə 12:00-da |
Reysin bağlanma və göndəriş günləri: | Cümə |
Təhvil verilmə vaxtı: | Çərşənbə axşamı-Çərşənbə |
Bağlamanın son bəyanetmə tarixi: | Cümə 12:00 (Bakı vaxtı ilə) |
İNGİLTƏRƏ | |
Reysin bağlanma saatı: | Yerli saat ilə 12:00-da |
Reysin bağlanma və göndəriş günləri: | Cümə |
Təhvil verilmə vaxtı: | Çərşənbə axşamı-Çərşənbə |
Bağlamanın son bəyanetmə tarixi: | Cümə 12:00 (Bakı vaxtı ilə) |
BƏƏ | |
1. Kommersiya məqsədləri üçün şəxsi istifadə limitindən(300$) sui-istifadə etdikdə;
2. Kommersiya məqsədləri uçun nəzərdə tutulduqda;
3. Məhsulun dəyərinin "invoice"-də azaldılma şübhəsi yarandıqda;
4. Məhsulun idaxlı üçün lisenziya və ya sertifikat tələb olunduqda;
5. Ölkəyə idaxl edilməsi qadağan edilmiş məhsullar olduğunda;
6. Qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda.
AserCargo Express ilə:
ABŞ, Almaniya və Türkiyə-dən tərkibində tezalışan və partlayıcı maddələrin olmadığı maye məhsullarının daşınılmasını mümkündür.
Ofisimizdən bağlamaları təhvil aldığınız zaman:
?Öz bağlamanızı təhvil aldıqda, öz şəxsiyyət vəsiqənizin əslini;
?Digər şəxsin bağlamasını təhvil aldıqda öz şəxsiyyət vəsiqənizin əslini və bağlama sahibinin vəsiqəsinin surət və ya əslini təqdim etməyiniz mütləqdir.
⚠️Diqqət! İlk xəbərdarlıqdan sonra, qeyd olunan şərtlər ödənmədiyi təqdirdə bağlamaların təhvil verilməsi mümkün olmayacaqdır.
Bağlamanız xarici anbara daxil olduqdan sonra şəxsi kabinetinizdə qeyd olunur. Buradan çatdırılma statusunu izləyə və yenilənmələri görə bilərsiniz.
Bizim veb-saytda Trendyol hesabı yaratmaq üçün lazım olan SMS OTP kodunu əldə edə bilərsiniz. Bunun üçün şəxsi kabinetinizdə müvafiq bölməyə baxın.
Aser Cargo Express bağlamalarınızı Bakı və Azərbaycanın digər bölgələrinə çatdırır. Daha ətraflı məlumat üçün müştəri xidmətimizlə əlaqə saxlaya bilərsiniz.
Bağlamanız xarici anbara daxil olduqdan sonra ortalama 3-7 iş günü ərzində Azərbaycana çatdırılır.
Türkiyədən onlayn alış-veriş üçün ən çox seçilən mağazalar arasında Trendyol, Hepsiburada, LC Waikiki, DeFacto, Koton və Morhipo var. Bu mağazalar geniş məhsul çeşidi, sərfəli qiymətlər və tez-tez keçirilən kampaniyalar ilə müştərilər arasında populyardır.
Bağlamanız xarici anbara daxil olduqdan sonra ortalama 5-10 iş günü ərzində Azərbaycana çatdırılır.
Siz Amazon, eBay, Walmart, Best Buy, Macy’s, Apple Store və digər məşhur ABŞ mağazalarından sifariş edə bilərsiniz.
Sadəcə Aser Cargo Express-də qeydiyyatdan keçin, şəxsi kabinetinizdə sizə məxsus ABŞ ünvanı əldə edin və sifariş zamanı bu ünvandan istifadə edin.
Bağlamanız anbara çatdıqdan sonra şəxsi kabinetinizdə statusunu izləyə və çatdırılma prosesi barədə məlumat ala bilərsiniz.